Ahmet Çetin: “Aral Group” yeni layihələri ilə işğal dövründə yerlə-yeksan edilən şəhərlərin, kənd və qəsəbələrin əvvəlki gözəlliyini geri qaytarmağa öz tövhəsini vermək niyyətindədir

Ahmet Çetin: “Aral Group” yeni layihələri ilə işğal dövründə yerlə-yeksan edilən şəhərlərin, kənd və qəsəbələrin əvvəlki gözəlliyini geri qaytarmağa öz tövhəsini vermək niyyətindədir

Bəzi internet saytlarında “Aral Group” şirkətinin Yönetim Kurulu Başkanı Sn. Ahmet Çetin Bey ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, “Aral Group” şirkətinin Yönetim Kurulu Başkanı Sn. Ahmet Çetin Bey haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.


1991-ci ildə bünövrəsi qardaş Türkiyənin Konya şəhərində qoyulan “Aral Group” şirkəti Azərbaycanda təmir-tikinti sahəsində liderlərdən biridir. Əsası qoyulduqdan qısa müddət sonra ölkəmizin inşaat bazarına daxil olan şirkət gündən-günə Azərbaycanın gözəlliyinə öz tövhəsini verməkdədir.

Ölkəmizdə şəhərlərin böyüməsi və təmir-tikinti xidmətlərinə tələbatın artması fonunda “Aral Group” sürətlə inkişaf edib və öz fəaliyyət istiqamətlərini genişləndirib. Əminliklə deyə bilərik ki, bütün bu illər ərzində şirkət öz çoxşaxəli fəaliyyəti çərçivəsində ölkə iqtisadiyyatına öz davamlı tövhəsini verib.

Ətrafdakılar həmişə verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verəcək. İşimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir. Bundan yan keçmək mümkün deyil. Biz həmişə qoyduğumuz standartlara riayət edirik, gecə və gündüz vədimizə əməl edirik – optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq. Buna görə də, biz həm fərdi surətdə, həm də təşkilat kimi yeni səylərə can atırıq və daima öyrənməyə və təkmilləşməyə çalışırıq.

Biz yüksək dərəcədə dürüstlük, sağlam korporativ idarəetmə və qabaqcıl texnoloji həll yolları ilə idarə olunan, eyni zamanda, peşəkar sahibkarlığı, davamlı iqtisadi artımı və regional biznes əməkdaşlığın formalaşmasını stimullaşdıran bacarıqlı insan resursları tərəfindən idarə olunan, öndə gedən və etibarlı strateji investor kimi tanınmaq və inkişaf etmək niyyətindəyik.

Biz Azərbaycanın və qonşu ölkələrin qeyri-neft sektorlarına səmərəli investisiyalar yatırmaqla, bu ölkələrin artan investisiya tələbatını ödəməyə, innovasiya və yaradıcılıq mədəniyyətini təşviq etməyə, eyni zamanda, ən uğurlu korporativ təcrübəni, inamı, davamlılığı fəaliyyətimizdə təcəssüm etdirməklə fəaliyyət göstərdiyimiz ölkələrin, səhmdarlarımızın, əməkdaşlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın etimadını doğrultmağa çalışırıq.


Şirkət bu günkü gündə də tikinti sektorunda sabitliyi qorumağa kömək edir və iqtisadi inkişaf üçün bir növ lokomotiv rolunu oynayır.

Xüsusilə vurğulamaq lazımdır ki, Bakının mərkəz hissəsində inşa edilərək müştərilərin xidmətinə verilən “Roseville Premium Residence” unikal yaşayış kompleksi şirkətimizin paytaxta bəxş etdiyi tövhələrdən sadəcə biridir.

Bununla yanaşı, “Greenville Residence”, “Sumqayıt Bağça Şəhər”, “Mirvari City, “Aral Plaza”, “Star Life” layihələri də “Aral Group” yaradıcılığının unikal nümunələrindəndir. Eyni zamanda, şirkətimiz tərəfindən paytaxt Bakının bir çox hissələrində müxtəlif çoxmərtəbəli yaşayış binaları, villalar, biznes mərkəzləri, dövlət əhəmiyyətli binalar da inşa olunaraq təhvil verilmişdir.

Sirr deyil ki, dünya hazırda dinamik inkişaf mərhələsində əmin addımlarla irəliləyir. Gün keçdikcə gücünə güc qatan Azərbaycan da bu qlobal inkişafdan öz nəsibini alıb. “Aral Group” isə öz növbəsində ölkənin bu inkişafına öz dəstəyini göstərmək üçün əlindən gələni əsirgəmir. Şirkətin imza atdığı çoxsaylı layihələrin məqsədi ölkənin nüfuzunun daha da artmasına, infrastrukturunun yaxşılaşmasına və ən əsası vətəndaşların rifah səviyyəsinin yüksəlməsinə təkan verməkdir.

Şirkətimiz tərəfindən önəm verilən başlıca məsələlərdən biri məhz keyfiyyətdir. Bu səbəbdən də, hər hansı təmir və yaxud tikinti prosesi zamanı ən keyfiyyətli tikinti materiallarından, müasir avadanlıq və texnologiyalardan istifadə olunur.

Hazırda tikinti və ticarət sahəsində fəaliyyət göstərən doqquz şirkətdən (“Aral Qrup” MMC, “İnkom” MMC, “Elif” MTK, “Esra” MMC, “Babək İnşaat” MTK, “Falez” MMC və s.) ibarət olan “Aral Group” qarşıda bir sıra böyük layihələrin icrasını hədəfləyir.

Oxşar xəbərlər