Arzuman Murtuzayev: Şirkət fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir

Arzuman Murtuzayev: Şirkət fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Melissa Group şirkətinin tikinti departamentinin rəhbəri Arzuman Murtuzayevdir.

Melissa Group şirkətinin tikinti departamentinin rəhbəri Arzuman Murtuzayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Arzuman Murtuzayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Arzuman Murtuzayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Arzuman Murtuzayevdan danışdılar yaxşı ki, Arzuman Murtuzayev Melissa Group şirkətinin tikinti departamentinin rəhbəridir… Arzuman Murtuzayev öz isguzarlığı ilə tanınır və seçilir….

Arzuman Murtuzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilən Melissa Group 2000-ci ildən fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Melissa Group tikinti şirkəti, Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib. Şəhərin mərkəzi küçələrində sağlam təməlli, müasir görünüşlü möhtəşəm binaların inşası ilə daima diqqət mərkəzində olan Melissa Group, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirmişdir. Hal-hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin icrası davam etməkdədir.

Sizlərə, xəyallarınızda canlandırdığınız tam təmirli, yüksək keyfiyyətli, 17-20 mərtəbəli müasir tələblərə cavab verən binalar inşa edirik. İnşa etdiyimiz komplekslərdə daimi su, işıq və qaz sistemləri, Türkiyə istehsalı olan sərnişin və yük liftləri, plastik qapı və pəncərə sistemləri, seyf qapılar, yeraltı qaraj, təhlükəsizlik xidməti, istirahət parkı, tennis və futbol meydançaları yüksək standartlara cavab verəcək keyfiyyətdədir.



İlin tikinti şirkəti
Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevirilən Melissa Group tikinti şirkəti 2016-ci ildə “Azeri Business Award” mükafatlandırma mərasimində “ilin tikinti şirkəti” olaraq seçildi.

KSM layihələri
Vizyonundakı yüz minlərlə ailəyə sevinc bəxş etmək anlayışını eyni zamanda həyata keçirdiyimiz Korporativ sosial məsuliyyət (KSM) layihələri ilə də təmin etməyə çalışırıq. Melissa Group tikinti şirkəti 2017-ci ildə EXPO Center-də keçirilən beynəlxalq əmlak sərgisində “Sağlam gələcəyin təməli ağaclarla bütünləşən yaşıl təbiətdən asılıdır” sloqanı ilə iştirak etmiş, 2017-ci ildə də “Yaşıllığı Sevirəm”, 2018-ci ildə SOS uşaq kəndləri ictimai birliyi ilə, 2020-ci ildə isə koronovirusla mübarizə çərçivəsində “Ümidini itirmə” KSM layihələrini həyata keçirmişdir.

Melissanın yüksəlişi
Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçmədən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib. Şəhərin mərkəzi küçələrində, tamamilə yaşayış rahatlığınıza indeksli olaraq planlanan binaların inşası ilə daima diqqət mərkəzində olan Melissa Group, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirmişdir.

2000-ci ildə Melissa Group fəaliyyətə başladı
Melissa Group şirkəti olaraq ilk gündən etibarən insanların komfort və rahatlığını düşünərək, ideal həyat fikrini reallaşdırmaq üçün çalışırdıq. Missiyamız sağlam təməlli, müasir görünüşlü, möhtəşəm yaşayış komplekslərinin inşasıdır.

Oxşar xəbərlər