Erməni işğalından azad olunan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir.

Erməni işğalından azad olunan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Ağcabədi, Xocavənd, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdı. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. Erməni işğalından azad olunan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr-da Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr-da Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr-da da Arış kəndi işğaldan azad edilib.

17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli ,Çimən, Musabəyli ,Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli səhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabrda Dördçinar, Kürdlər, Yuxari Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli,Yuxarı Aybasanlı, Saracıq , 21 Oktyabrda Gecəgözlü, Aşağı Seyidəhmədli ,Zərgər kəndləri, 28 Oktyabrda Mandılı, 07 Noyabrda Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədlu, Qorqan, Üçüncü Mahmudlu, Qacar və Divanalılar, 09 Noyabrda Qobu, Dilağarda, Yal Pirəhmədli , Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu və Ələsgərli kəndləri Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistanın işğalından azad olunmuşdur.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin

ingilis dili müəllimi Nərgiz Süleymanova

Oxşar xəbərlər