"Qarabağ ermənisiz qalsa, bu, Amerikanı o qədər də narahat etməyəcək..."

"Rusiya Cənubi Qafqazdakı bütün oyunçuları, ABŞ-ı, Fransanı, eləcə də Türkiyə və İranı da sıradan çıxarmaq məqsədi güdür. Lakin analoji məqsəqi ABŞ da güdür".

Moderator.az xəbər verir ki, bu fikri Ermənistan mediasına açıqlamasında erməni politoloq Benyamin Poqosyan ifadə edib.

Bunu bir çox cəhətlər, o cümlədən amerikalıların regionda görünməmiş diplomatik fəallığı da göstərir. Poqosyanın fikrincə, amerikalılar 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini Rusiyanı sıxışdırmaq üçün ilk addım hesab edirlər.

"Əgər sülhməramlı kontingentin getməsi nəticəsində Qarabağ ermənisiz qalsa, o zaman bu, amerikalıları o qədər də narahat etməyəcək. Nəzakət nöqteyi-nəzərindən narahat olduqlarını bildirə, bir neçə kəlmə "başsağlığı və empatiya"larını ifadə edə bilərlər. Amma Vaşinqtonun Qarabağın ermənisizləşdirilməsində bilavasitə maraqlı olduğunu söyləmək olmaz. Lakin bu halda “meşəni doğrayırlar – qamqalaqlar uçur” qaydası qüvvədə olur"- deyə erməni ekspert vurğulayıb.

Oxşar xəbərlər