
5 Xəzəryanı dövlətin başçısının bir araya gəlməsi artıq Xəzər Sammitinin əhəmiyyətinin göstəricisidir və bu görüşün əhəmiyyətliliyinə heç bir şübhə yeri qoymur. Xəzər dənizi sıradan bir su hövzəsi – göl və ya dəniz deyil. Burada artıq tədqiqatlarla təsdiqini tapmış milyardlarla barel neft və trilyonlarla kubametr karbohidrogen yataqlarına malik mənbələr mövcuddur və dəyəri trilyard dollarlarla ölçülür. Xəzər dənizinin iqtisadi əhəmiyyəti ilə bərabər onun sahilyanı dövlətlər üçün ekoloji əhəmiyyəti də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Xəzərdə mövcud olan bioresursların qorunması, idarə və istifadə edilməsi vacib məqamlardandır.
Ölkəmizin iqtisadi resusrlarının inkişaf etdirilməsinə yönəlmiş bütün səylər birləşdirilir və Azərbaycan burada regional aktor kimi nüfuzunu bir qədər də artırır. Azərbaycan bütün maraqları çərçivəsində fikirlər irəli sürməklə yanaşı ilk növbədə öz milli maraq və mənafeyinin ön planda tutur. Bu da gözəl nəticələrə gətirib çıxaracaqdır.
Natiq Musayev, Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri