
Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti mühüm əhəmiyyətə malikdir. 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilən sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında sənəd qəbul olunmuşdu. Bu da mübahisəli bir çox məsələlərin həll olunmasına gətirib çıxartdı. Xəzər dənizinin iqtisadi əhəmiyyəti ilə bərabər onun sahilyanı dövlətlər üçün ekoloji əhəmiyyəti də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Xəzərdə mövcud olan bioresursların qorunması, idarə və istifadə edilməsi vacib məqamlardandır ki, bunlarla bağlı da razılaşma təsdiqini tapmış oldu. Xəzər hövzəsində Zəngəzur dəhlizi vasitəsilə əməkdaşlıq imkanları çox genişlənib. Burada qardaş Türkmənistan və qardaş Qazaxıstan da fəal rol oynayırlar. Ona görə də Xəzər hövzəsində bu gün mühüm geosiyasi proseslər gedir.
Azərbaycan Respublikası Prezidentinin iştirak etdiyi Xəzəryanı ölkəlıərin VI Zirvə Görüşü ölkəmizin həm siyasi, həm iqtisadi, həm də milli maraqlarına tam cavab verən, əvvəlcədən nəzərdə tutulmuş maraqlarının təmin olunduğu nəticələrlə yekunlaşdı. Bu hadisə ölkəmizə həm siyasi, həm iqtisadi dividentlər qazandıracaq, Xəzər sahili qonşu dövlətlərlə əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcək.
Alidə Aslanova, YAP Sabunçu rayon təşkilatının məsləhətçisi