Azərbaycanda gəmiçilik, dəniz üzərində donanmaların, yataqların yaradılması, burada dəniz üzərində şəhərciyin salınması ən son standartlara uyğun həyata keçirilmişdir

Azərbaycanda gəmiçilik, dəniz üzərində donanmaların, yataqların yaradılması, burada dəniz üzərində şəhərciyin salınması ən son standartlara uyğun həyata keçirilmişdir Doqquz iqlim qurşağının mövcud olduğu doğma Azərbaycanımız istər yeraltı, istər yerüstü sərvətlərlə zəngin bir diyardır. Azərbaycanın şərq sahillərini yuyan Xəzər dənizi təkcə bizə deyil, digər ölkələrdə də dəniz ticarətinin, hərbi donanmaların yaradılması üçün əlverişli əhəmiyyətə malikdir. Bu səbəbdən dolayı Azərbaycanda gəmiçilik, dəniz üzərində donanmaların, yataqların yaradılması, burada dəniz üzərində şəhərciyin salınması ən son standartlara uyğun həyata keçirilmişdir.

Respublikamızın Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönələn irimiqyaslı infrastruktur layihələri, o cümlədən iki donanmanın birləşdirilməsi yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması, ən yeni texnoloji standartlar səviyyəsində gəmiqayırma zavodunun istifadəyə verilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun işə salınması və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir. Ənənələrinə sadiq qalaraq, 160 illik təcrübəsindən lazımınca bəhrələnən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” bu gün beynəlxalq tələblərə uyğun dəniz nəqliyyatı xidmətləri gerçəkləşdirməklə iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir. Hazırda Xəzər hövzəsində ən böyük mülki donanmaya malik qurum olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da daxildir. Xatırladaq ki, Azərbaycan Xəzər dənizində 200-dən çox gəmisi olan ən böyük donanmaya malik ölkədir. Bu gün respublikamızda 20-dən çox tanker var. Yeni gəmiqayırma zavodunda Azərbaycanın gələcək iqtisadi həyatı üçün önəmli olan ən yeni texnologiyalara cavab verə biləcək gəmilər istehsal edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək , “ İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər.”

Xəzəryanı ölkələrin bu dənizdən istifadə imkanlarını nəzərə alsaq, görərik ki, buradan bir çox hərbi, siyasi məqsədlər üçün istifadə edilir.

Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin

ibtidai sinif müəllimi Könül Əliyeva

Oxşar xəbərlər