Xəzəryanı ölkələrin VI Zirvə toplantısı bir çox məsələlərin həllinə öz töhfəsini verəcək

Xəzəryanı ölkələrin VI Zirvə toplantısı bir çox məsələlərin həllinə öz töhfəsini verəcək Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantılarında söylənilənlər, dənizin hüquqi statusu ilə bağlı imzalanan sənədlər sahilyanı ölkələrin qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli layihələrin həyata keçirilməsi, xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. 29 İyun 2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında cənab Prezident İlgham Əliyevin çıxışında qeyd olunduğu kimi Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev məntiqli çıxışı ilə diqqəti cəlb edərək bildirdi ki, Azərbaycan Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına bölgədə sabitliyin təminatı baxımından böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanı əlamətdar tarixi hadisə adlandıran dövlət başçımız çoxillik birgə fəaliyyət və qarşılıqlı anlaşma nəticəsində imzalanmış bu sənədi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində inam və etimadı əks etdirən mühüm addım kimi dəyərləndirir.
Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionu dedikdə ağıla ilk gələn Azərbaycandır. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara nail olmağı bacarıb.
Nailə Nəsirova, Zabrat bələdiyyəsinin sədri

Oxşar xəbərlər