Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir

Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir Hər bir xalqın istər milli azadlıq, istərsə də istiqlaliyyət tarixində böyük rol oynayan dahi şəxsiyyətləri var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca apaparaq ən çıxılmaz məqamlarda belə qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çağdaş dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəb olan Heydər Əliyev müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider olmuşdur. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah və milli şüur oyanmış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmiz dünyada layiq olduğu mərtəbəyə yüksələ bilmişdir.

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bugün ümummilli lider Heydər Əliyevin anım günü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Məkan və zaman anlayışına sığmayan böyük, mənalı və şərəfli həyat yolu keçirən Azərbaycan xalqının tarixində və taleyində müstəsna rolu və xidmətləri ilə ümumxalq məhəbbəti qazanaraq canlı əfsanəyə çevrilmiş görkəmli siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin vəfatı ölkəmizin bütün vətəndaşları, dünya azərbaycanlıları üçün hədsiz böyük itki oldu. 15 dekabr 2003-cü il yaddaşlarda silinməz izlər qodu. Bu kədərli günlərdə ölkə əhalisinin öz əbədi liderinə ümumxalq məhəbbətinin təzahürüdə özünü göstərirdi. Dekabrın 15-də Azərbaycanın hər yerindən milyonlarla insan axışaraq ümummilli rəhbəri ilə vidalaşmağa gəldi və görünməmiş izdihamla onu son mənzilə yola saldı. Vəfatından 18 il ötməyinə baxmayaraq Fəxri Xiyabanda mərhum Prezidentimizin məzarını ziyarət edənlərin sayı ilk günkü qədər çoxdur. Xalqımızın Baş Ziyarətgahına çevrilmiş bu müqəddəs yerə gələn insan axını içərisində respublikanın şəhər və kəndlərindən gələn sadə insanları, siyasət, elm, mədəniyyət xadimlərini, dövlət məmurlarını, qocaları və cavanları, qadınları və uşaqları, bir sözlə cəmiyyətin bütün təbəqələrini görmək olar. Təbii ki, həmin insanları bura gətirən daxili istəkləri və əbədi liderimizə olan sevgiləridir.

Hələ sağlığında tarixi şəxsiyyətə çevrilmiş Heydər Əliyev milli dövlətçiliyimizi qurub-yaşatmaqla, azadlığımızı dönməzliyini təmin etməklə və bütün yer üzərindəki soydaşlarımızı azərbaycançılıq ideyası ətrafında birləşdirməklə xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrini yazmışdır.

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü islahatlar aparılmağa başlandı. Aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmışdır.

İlk gündən Heydər Əliyev siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirən xalqın böyük ehtiramını qazanan siyasi varisi İlham Əliyev müstəqil dövlətimizin ardıcıl inkişafını davam etdirmiş, qısa müddət ərzində əhalinin rifahının yaxşılaşmasında müstəsna rol oynayan tədbirlər həyata keçirmişdir.

Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə

Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.Bu Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.

Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli lideri olduğu üçün Azərbaycan xalqı xoşbəxtdir. Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhəsiz, xalqımız bu abidəni yaradanı özünün tarixində və qəlbində əbədi yaşadacaqdır. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa o insan mənəviyyatsızdır” – deyən Ümummilli lider Heydər Əliyevin vətənpərvərlik təlimi çox mühüm dəyərə malikdir. Vətənpərvərliyin mahiyyəti, prinsipləri barədə qiymətli fikirlər söyləmiş, eyni zamanda bütün fəaliyyəti boyunca bu təlimin hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirmiş Ulu Öndər hər bir gənci vətənpərvər və ona sadiq olamağa, torpağı sevməyə çağırmışdır. Ulu öndərimiz daim Vətən və xalq mənafeyinin şəxsi maraqlardan üstün tutulmasını vacib şərt sayaraq demişdir: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”.

Bu gün hər birimizin ən müqəddəs vəzifəsi xalqımızın əbədiyaşar liderinin yolunu davam etdirməklə onun bizə miras qoyub getdiyi müstəqil Azərbaycan dövlətini daha da inkişaf etdirməkdir.

Kürdəxanı qəsəbəsi, H.Ağaverdiyev adına 113 nömrəli

tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Şəkər Məmmədova

Oxşar xəbərlər