Sabirabadda ağır qəza, ölən və yaralanan var

Sabirabadda ağır qəza, ölən və yaralanan var Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report” məlumatına görə, hadisə səhər saatlarında Şəhriyar kəndində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “VAZ-2107” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər