Lənkəranda ağır qəza - 2 ölü, 3 yaralı

Lənkəranda ağır qəza - 2 ölü, 3 yaralı Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə 3-ə çatıb

APA xəbər verir ki, hadisə Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes” markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub.

Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir. Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər