Türkiyədə dəhşətli yol qəzası — 8 ölü, 2 yaralı

Türkiyədə dəhşətli yol qəzası — 8 ölü, 2 yaralı Türkiyənin Van şəhərində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.
"Ölkə.Az" xəbər verir ki, Van-Hakkari yolunun 70-ci kilometrliyində yük maşını mikroavtobusla toqquşub. İlkin məlumatlara görə qəza nəticəsində 8 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Qəza səhər saatlarında baş verib. Sürücüləri və dövlət nömrə nişanları hələ müəyyən edilməyən mikroavtobus yük maşını ilə toqquşub. Hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım briqadası və jandarma cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Oxşar xəbərlər