
Report məlumatına görə, o, Samux rayonunun Qarayeri qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Samux rayon Əlikənd kənd sakini, 1991-ci il təvəllüdlü B.Cəfərov Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq komaya düşüb. O, martın 8-də müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.
Şəhidin 2 övladı Vətənə əmanət qalıb.
Allah rəhmət eləsin!
