Prezidentin hər səfəri işğaldan azad olunan torpaqlara həyatı qaytarır

Prezidentin hər səfəri işğaldan azad olunan torpaqlara həyatı qaytarır Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Və bu səfərlərlə dövlət başçımız bildirir ki, Azərbaycan 28 ildən sonra Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik. Bir daha Qarabağın onun olduğunu və bir daha bundan sonra kimsənin ona yiyələnə bilməyəcəyini göstərdi. Prezidentimizin «Qarabağ Azərbaycandır və nida» ifadəsi, eləcə də 44 günlük Vətən müharibəsində onun rəhbərliyi ilə Azərbaycan xalqının və Azərbaycan Ordusunun Qələbəsi bütün dünyaya göstərdi ki, biz bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bu, dövlətimizin, xalqımızın, ordumuzun, milli birliyimizin Qələbəsidir. Bu, haqqın və ədalətin zəfər çalmasıdır.
Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Səfər zamanı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən tarixi əhəmiyyətli Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyulması da xüsusi əhəmiyyətli məsələdir. Horadiz-Ağbənd dəmir yolunun istifadəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolunu bir-birinə bağlanacaq. Bu tarixi əhəmiyyətli kommunikasiya xəttinin açılışı bir zamanlar ermənilərin havadarlarının və işğalçıların xalqımıza qarşı məkrli planlarını məhv etmiş olacaq. 
Azərbaycan xalqı öz Prezidentinə inanır və güvənir. İnsanlar inanırlar ki, tez bir zamanda müharibədə olduğu kimi, ərazinin bərpa edilməsində də böyük uğurlar qazanılacaq və Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır!
Mustafayev Cavad, 215 saylı orta məkəbin direktoru

Oxşar xəbərlər