Polad Həşimovla bağlı film çəkilişi üçün tenderin qalibi məlum oldu

Polad Həşimovla bağlı film çəkilişi üçün tenderin qalibi məlum oldu Gənclər və İdman Nazirliyi gənclər arasında vətənpərvərlik hisslərinin artırılması məqsədilə Aprel döyüşlərinə həsr edilmiş bədii filmin hazırlanması ilə əlaqədar tender elan edib.
Report məlumatına görə, tenderin qalibi 49 min 560 manatla "Kvanç" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib ki, filmin adı hələ dəqiqləşdirilməyib: "Bu, çəkiliş tam bitəndən sonra bilinəcək. General Polad Həşimovun qəhrəmanlıqlarından bəhs edən qısametrajlı bədii filmdir. Respublikanın əməkdar və xalq artistləri iştirak edəcəklər".

S.Məmmədovanın sözlərinə görə, daha ətraflı məlumat film təqdim edildikdən sonra ictimaiyyətə açıqlanacaq.

Oxşar xəbərlər