
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bəyanatda bildirilir:
“Hazırda Azərbaycanın cənub-qərb hissəsində baş verən xoşagəlməz vəziyyəti böyük narahatlıqla izləyirik. Xüsusilə də mülki vətəndaşlar arasında yaranan itkilər və qurbanlara görə dərin kədərimizi ifadə edir və bu böhranın həll olunmasının vacibliyini təsdiq edirik.
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsinə, ərazilərin zorla işğalına son qoyulmasına və bütün məcburi köçkünlərin şəhərlərinə qayıtmasına çağırırıq.
Dünyada və regionda sülhün, əmin-amanlığın və ədalətin bərqarar olunmasını uca Allahdan diləyirik!”