Əhəd Abıyev əmlak siyahısından DANIŞDI — Eksklüziv

Əhəd Abıyev əmlak siyahısından DANIŞDI — Eksklüziv Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev xəbər saytlarında əmlakları barədə dərc olunan məlumatlara aydınlıq gətirib.
Bu barədə açıqlama verən Daşkəsən RİH başçısı Əhəd Abıyev deyib ki, bu qarayaxma, yalan, heç bir əsası olmayan xəbərlərdir. “Bu mənə qrşı açıq qarayaxma və qərəz kamaniyasıdır. Ona görə də Masallıda nə qədər obyekti varsa, götürüb hamısını mənim adıma yazıblar. Belə şey ola bilər?! Elə yazıdan görünür ki, bu sifariş əsasında heç bir arqumentə əsaslanmadan yazılıb. Son günlərdə mənə qarşı bu kampaniya aparılır. Gah yazırlar ki, Əhəd Abıyevin maşını adam vurdu, gah yazırlar yaylaqlaır, otlaq sahələrini satmışam. İndi də yazırlar ki, Masallıdakı bütün obyektlər mənimdir. Bununla mənim fəaliyyətimə kölgə salmaq istəyirlər. Mənə qarşı məqsədyönlü gözdənsalma kampaniyası aparılır”- RİH başçısı deyib.

O əlavə edib ki, buy olla məni ləkləmək istəyirlər: “Qorxurlar ki, hansısa yüksək vəzifəyə gedərəm. Məni ölkə başçısı da yaxşı tanıyır. Kiməm. Dövlətçiliyə xidmət edirəm və bu yolda bütün vəzifə səlahiyyətlərimi yüksək səviyyədə icra edirəm. Hamısı uydurmadır. Mən bank pulunu mənimsəməmişəm, xaricdə evim yox, başqa yerlərdə dəbdəbəli villalarım yox…Odur ki, mən bu barədə DTX rəhbəri Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə rəsm müraciət edərək barəmdə yazılanların hüquqi müstəvidə araşdırıb, hüquqi qiymət verib, onları cəzalandırsınlar”.

Oxşar xəbərlər