Əhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçirib

Əhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçirib Əhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçirib.
Kənd sakinlərini salamlayan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev vətəndaşlarla keçirilən hər bir görüşdə qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlər görüldüyünü diqqətə çatdırıb, o cümlədən Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu islahatlar və görülən işlər barədə ətraflı məlumat verib.
Rayon rəhbəri Qaraqullar kənd inzibati ərazi vahidliyində xeyli abadlıq və quruculuq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını qeyd etməklə deyib ki, Qaraqullar kəndinin qazlaşdırılması və elektrik təchizatının yenidən qurulması, mühüm sosial və mədəni obyektlərin yenidən qurulması sakinlərin böyük razılığına səbəb olmuşdur.
Bəzi kənd sakinlərinin suallarına Əhəd Abıyev cavab verərək son günlər İranda baş verən siyasi hadisələrə də münasibət bildirib: “Amerika qoşunları tərəfindən İran generalı Qasım Süleymaninin öldürülməsi sosial şəbəkələrdə Azərbaycanda cəmiyyəti iki yerə ayırmasın, təxribatyönümlü şayiələrin də yayılması yolverilməzdir, azərbaycançılığa ziddir. İran özü regionda böyük, güclü bir dövlətdir. Amerika Birləşmiş Ştatları da dünyada sözünü deyən güc mərkəzidir. Bizim İranla münasibətlərimiz qonşu müsəlman dövləti kimi tarixən normal olub. Azərbaycan Respublikası hüquqi, demokratik, suveren dövlət olmaqla, müstəqil söz sahibidir, ideyamız da Heydər Əliyev yoludur. Dünyada baş verən savaşlar da heç kimə xeyir verməyib. Belə müharibələr dinc əhalinin kütləvi məhvinə səbəb olur. Bu gün İran və Amerika dövlətlərinin başçıları yaxşı olardı ki, gələcəyə doğru düzgün siyasət aparıb sülhə getsinlər.
Bizim müasir gənclərimiz Amerikada oxuyurlar, təhsillərini başa vurub gələnlərin biliyindən, savadından ölkə iqtisadiyyatın bütün sahələrində istifadə olunur. Həmin gənclər bu gün müxtəlif sahələrdə çalışırlar.
Qonşu İranla da iqtisadi, ticarət, turizm əlaqələrimiz inkişaf edir. Bildiyiniz kimi İran parlamentinin deputatı Hüseyn Nəqəvi Hüseyni Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampı iranlı general Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə təbrik etməsinə kəskin reaksiya verib. İranlı deputat indiyədək ölkəsinin Ermənistana hər cür yaxından kömək etməsini, Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətinə isə göz yummasını da etiraf edərək deyib ki, Ermənistan rəhbərliyinin şəhid Qasım Süleymanini "terrorçu" adlandırması rüsvayçılıqdır; Ermənistan bu addımı ilə çətin anlarında daim onu dəstəkləyən İranın kürəyinə xəncər sancmış oldu.
Hörmətli kənd sakinləri. Bu gün Azərbaycan dövlətinin başlıca məqsədi özünün müstəqil, balanslaşdırılmış siyasətini yürütməkdir. Azərbaycan dövləti öz xarici siyasətində dövlətimizin və xalqımızın maraqlarını qoruyur, heç bir xarici dövlətin daxili işlərinə də qarışmır”.
Daha sonra Əhəd Abıyev sakinlərlə görüşündə vurğulamışdır ki, fevral;n 9-da keçiriləcək Parlament seçkiləri ilə bağlı seçki məntəqələrində bütün lazımi şərait yaradılıb. Tam əminliyini bildirmişdir ki, bütün seçkilərdə olduğu kimi, bu seçki də şəffaf, demokratik və azad bir seçki olacaqdır. Kənd sakinləri seçkidə fəallıq göstərərək öz namizədlərinə səs verəcəklər.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərə istər şəxsi, istərsə də kəndlə bağlı müraciətlərini etmələrini xahiş edib.
Sakinlər müraciətlərini səsləndiriblər. Onlar respublikamızda və eləcə də rayonumuzda gedən abadlıq-quruculuq və sosialyönümlü işlərə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara və idarə rəhbərlərinə tapşırıqlarını verib. Əksər müraciətlər yerində müsbət həllini tapıb.
Təsdiq edilmiş qrafikə uyğun olaraq keçirilən vətəndaşların səyyar qəbullarından sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qaraqullar və Zinzahal inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin 2019-cu ildəki fəaliyyətlərinə və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilib.

Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri

Əhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçiribƏhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçiribƏhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçiribƏhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçiribƏhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçiribƏhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçiribƏhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçiribƏhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar və Zinzahal kəndlərində sakinlərin növbəti səyyar qəbullarını keçirib

Oxşar xəbərlər