Bakıda beton daşıyan yük avtomobili qəza törətdi — Şəhərə giriş bağlandı - VİDEO

Bakıda beton daşıyan yük avtomobili qəza törətdi — Şəhərə giriş bağlandı - VİDEO Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Binəqədi rayonunda avtovağzal yaxınlığında qeydə alınıb.

Belə ki, dönmə əməliyyatını düzgün yerinə yetiməyən yük avtomobili divara çırpılıb. Nəticədə beton piltə daşıyan avtomobil yolu bağlayıb. Hadisə səbəbindən Bakı Dairəvi 1 yolundan gələn avtomobillər üçün şəhərə giriş bağlanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.


Oxşar xəbərlər