ABŞ-dan Türkiyə-Rusiya razılaşmasına dair İLK AÇIQLAMA

ABŞ-dan Türkiyə-Rusiya razılaşmasına dair İLK AÇIQLAMA ABŞ NATO müttəfiqi olduğu Türkiyədən Rusiya ilə arasında imzalanan atəşkəs razılaşmasının detallarını bölüşməsini gözləyir.

Bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

“Bu gün İdlibdə təhlükəli vəziyyətin aradan qaldırılmasına, Əsəd rejimi, Rusiya, İran və “Hizbullah” qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı bölgələrə təşkil olunan hücumlardan sonra ortaya çıxan humanitar fəlakəti yüngülləşdirəcəyini ümid etdiyimiz türk-rus atəşkəsini dəstəkləyirik. Artıq ən əhəmiyyətli hissə Əsəd və dəstəkçilərinin daimi atəşkəsin proqnozlaşdırıldığı bu razılaşmaya sadiq qalıb-qalmayacağıdır”, – açıqlamada bildirilib.

Qeyd olunub ki, Suriyadakı münaqişəyə son qoymağın yeganə üsulu ölkə miqyasında atəşkəsin təmin olunması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində siyasi həll yolunun tapılmasıdır.

Xatırladaq ki, sözügedən atəşkəs razılaşması ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında imzalanıb. (publika.az)

Oxşar xəbərlər