Rusiya prezidenti Vladimir Putin avqustun 31-də Türkiyəyə səfər edəcək. Bu barədə “T24” məlumat yayıb. Həmin gün Antalyada Türkiyə və Rusiyanın futbol üzrə yığmaları arasında yoldaşlıq matçı keçiriləcək.KİV-in məlumatına görə, Putin bu matçı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyəcək.