Bakı və Abşeronun bu qəsəbələrində su olmayacaq — Magistral kəmərdə qəza

Bakı və Abşeronun bu qəsəbələrində su olmayacaq — Magistral kəmərdə qəza Ceyranbatan-Binəqədi magistral su kəmərində qəza olub.

Oxu.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.  

Məlumatda bildirilib ki, magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.  

“Azərsu” ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür. 

Oxşar xəbərlər