Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərindən birləşmələrin verilməsi ilə əlaqədar bu gün ərzində Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

Oxşar xəbərlər