
"Ölkə.Az" medicina.az-a istinadən bağırsaq xərçəngini yaradan faktorlardan uzaq durmaq üçün alimlərin məsləhət gördüyü üsulları təqdim edir:
1.Bacardıqca çox hərəkət
Bağırsaq xərçənginin əsas səbəbi oturaq həyat tərzi, hərəkətsizlikdir. Ofis işində çalışanlar, sürücülər imkan tapan kimi çox gəzməlidir, gəzmək alınmırsa heç olmasa ayaq üstə durun. İş yerində gimnastika edin.
Oturduqda qarın boşluğundakı orqanlara qan dövr etmir, iltihabi proseslər artır. Hər gün 8-10.000 addım prinsipinə də əməl edin
2. Günəşdə çox olun
Sübut olunub ki, D vitamini əskikliyi ilə bağırsaq xərçəngi arasında birbaşa əlaqə var. Ona görə D vitamini artırın, bunun bir yolu da günəş işığı almaqdır
3.Lifli qidalar çox yeyin
Tam taxıl və yarmalar, toxumlar, paxlalar, təzə tərəvəzlər hər gün qidanızda olmalıdır. Kolorektal xərçəngin olmaması üçün bağırsaq normal işləməli, divarları təmizlənməlidir. Yağda qızartma yemək, çörək, şirniyyat, kartof və içkilərlə siz heç nə əldə edə bilməyəcəksiz, xəstəlikdən başqa
4.Qəhvə için
Müntəzəm olaraq yaxşı qəhvə içmək bağırsaq xərçəngini 25% azaldır. Gündəlik norma 2-3 fincandır.
5.Çəkinizi tənzimləyin
Bədən kütləsi indeksi 27-dən yuxarı olanlar bağırsaqda polip, daha sonra isə xərçəngə meyilli olur. Çəkiniz yaş və boyunuza uyğun olmalıdır. Əgər normadan 10 kq artıqsınızsa, pəhriz və idmana keçin.
Eləcə də trans yağ, alkoqol və siqaretdən imtina etməlisiz. Uzun illər siqaret çəkənlər bağırsaq xərçənginə yaxınlaşır.