Ümumdünya Səhiyyə Təşkilatı — "Spirtli içki 7 növ xərçəngə səbəb olub"

Ümumdünya Səhiyyə Təşkilatı — Ümumdünya Səhiyyə Təşkilatı spirtli içkilər ilə onkoloji xəstəliklər arasında əlaqə barədə xəbərdarlıq dərc edib.
Alimlərin tədqiqatına görə, spirtli içki 7 növ xərçəng xəstəliyinə səbəb ola bilər: bağırsaq xərçəngi, süd vəzi xərçəngi, udlaq, qara ciyər, ağız boşluğu, boğaz və qida borusu xərçəngəri.

ÜST bildirir ki, spirtli içkinin tərkibindəki etanol orqanizmin hüceyrələrini zədələyir və bədxassəli şiş riskini artırır. Həm spirtli içki, həm də tütün məmulatlarından eyni anda istifadə isə onkoloji xəstəlik riskini bir neçə dəfə artırır.
Təşkilat həm də xərçəng ehtimalının qəbul edilən spirtli içki miqdarından asılı olduğunu da qeyd edib. Əgər bir qadın gün ərzində 4 qədəh şərab içirsə, süd vəzi xərçəngi riski 50%, gündə 8 qədəh şərab içirsə, 130% artır.

Oxşar xəbərlər