
"Bu gün hər kəsin cəmiyyətdə normal mövqedən çıxış etməsi müəllimlərimizin töhvəsidir. Müəllimlər bizim üçün öyrədici olmaqla yanaşı həm də valideynlər olublar. Cəmiyyətdə düzgün yol tutmağın yollarını göstəriblər. Odur ki, düşünürəm ki, müəllimlər hər zaman xatırlanmalı, onların zəhməti unudulmamalıdır. Çünki hər birimiz bir ömür müəllimlərə borcluyuq."