
İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, yeni uniforma əvvəlki ilə müqayisədə daha səliqəli, modern və xidmət aparmaq üçün daha rahatdır.
Onun sözlərinə görə, hələlik yeni uniformalar Bakı şəhərində xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarına verilsə də, yaxın günlərdə respublika üzrə bütün yol polislərinə təqdim edilməsi gözlənilir.