
Day.Az xəbər verir ki, aksiya zamanı çimərliklərin girişinə BŞDYPİ tərəfindən hazırlanmış plakatlar vurulmaqla yanaşı, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Sürücülərin bu qaydalara əməl etmələrinin vacibliyi öz əksini tapıb.

Daha sonra tədbir Səbail rayonu ərazisindəki Şıx çimərliyində davam etdirilib. Çimərliklərin girişinə plakatlar asılıb, bukletlər paylanılıb.

Xüsusilə, Bakı şəhərinin inzibati ərazisinə düşən çimərliklərdə, onlara bitişik küçə və prospektlərdə yol polisi xidmət aparır.
Vaqif Əsədov qeyd edib ki, qaydaların pozulması nəticəsində baş verən yol qəza hadisələrinin qarşısının alınması üçün xüsusi işlər görülüb:
“Məlumat xarakterli bukletlər çimərliyə gələnlərə paylanılır. Eləcə də vətəndaşlar arasında maarifləndirmə işləri aparılır.

Sürücülərə nəqliyyat vasitələrini çəkələklə idarə etməyin təhlükəli tərəfləri, spirtli içkinin təsiri altında avtomobil idarə etməyin ölümə apardığı barədə məlumat verdik.
Xüsusi olaraq diqqətə çatdırdıq ki, çimərlik ərazisində nəqliyyat vasitələrindən təlim məqsədilə istifadə olunması da yolverilməzdir”.
Tədbirlər digər çimərliklərdə də davam etdiriləcək.