Ramil Usubovdan yeni rəis təyinatı

Ramil Usubovdan yeni rəis təyinatı Dövlət Yol Polisi sistemində rəhbər vəzifəyə yeni təyinat olub.

Avtosfer.az xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə polis-kapitanı Əsədov Fizuli Paşa oğlu təyin olunub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Qeyd edək ki, Fizuli Əsədov indiyə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində çalışıb.

Oxşar xəbərlər