"İlham Əliyev və Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafı üçün hər şey edirlər" — Ukrayna Gimnasitika Federasiyası

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva idmanın inkişafı üçün hər şey edirlər və bu, Azərbaycan üçün çox müsbət haldır.
Bu barədə Ukrayna Gimnasitika Federasiyasının vitse-prezidenti İrina Deryugina Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresi çərçivəsində trend-ə açıqlamasında bildirib.

İ.Deryugina qeyd edib ki, dövlət başçısı Milli Olimpiya Komitəsinə başçılıq edəndə ölkədə idmanın inkişafı düzgün istiqamətdə aparılır.
O, həmçinin Azərbaycan Gimnastika Federasiyasının işinə toxunub. Ukrayna Gimnasitika Federasiyasının vitse-prezidentinin fikrincə, Azərbaycan Gimnastika Federasiyası gördüyü işlərə görə dünyada ən yaxşı federasiyadır:

"Azərbaycan Gimnastika Federasiyasının keçmiş baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi bunun ən yaxşı təsdiqidir".

Oxşar xəbərlər