Namiq Əliyev işdən çıxarıldı

Namiq Əliyev işdən çıxarıldı Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.
Qurumun mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.

Qeyd edək ki, S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidir.

Oxşar xəbərlər