Azərbaycanlılar yaşayan şəhərdə partlayış: 7 ölü, 8 yaralı

Azərbaycanlılar yaşayan şəhərdə partlayış: 7 ölü, 8 yaralı İranın şimal-qərbində yerləşən, Cənubi Azərbaycanın Ərdəbil şəhərində partlayış baş verib.

Axar.az “Sabah”a istinadən xəbər verir ki, güclü partlayış nəticəsində bir ev yanaraq yararsız hala düşüb.

İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, evdə yanıcı maddənin partlaması nəticəsində 7 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.

Mizan Xəbər Agentliyi isə yaralı sayının 8 olduğunu bildirib.

Məlumata görə, Novruz bayramı öncəsi qeyd olunan çərşənbələr zamanı gənclər bir sıra partlayıcı maddələrdən istifadə edir. Nəticədə belə hallara tez-tez təsadüf olunur.

Oxşar xəbərlər