Anadolu agentliyi xəbər verir ki, idarədə güclü partlayış törədilib.
Partlayış nəticəsində bina tamamilə dağılıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Hadisə yerinə 12 təcili tibbi yardım maşını, 2 helikopter və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub. Hazırda ərazidə atışma səsləri eşidilir.