Türkiyədə partlayış: Ölənlər və xeyli sayda yaralı var

Türkiyədə partlayış: Ölənlər və xeyli sayda yaralı var Əldəqayırma partlayıcı qurğunun məsafədən işə salındığı bildirilir

Türkiyənin Şırnak əyalətinin Silopi şəhərində zirehli polis avtomobilinin keçdiyi ərazidə əldəqayırma partlayıcı qurğu işə salınıb.

Hadisə nəticəsində 4 mülki şəxs ölüb, 5-i polis olmaqla, daha 19 nəfər yaralanıb.

Hadisə bu gün yerli vaxtla saat 19:15 radələrində baş verib. Əldəqayırma partlayıcı qurğunun məsafədən işə salındığı bildirilir.

Oxşar xəbərlər