“Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir

“Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov - Bu gün ölkəmiz ümummilli lider H.Əliyevin əsasını qoyduğu müdrik, uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf etməkdədir. Bu yolun layiqli davamçısı cənab prezidentimiz İ.Əliyevin uğurlu, daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizdə cənab prezidentimizin tapşırığı altında aparılan quruculuq işləri istənilən sahədə özünü doğrultmuşdur. O cümlədən ictimai rəyə əsaslanaraq desək, uşaq bağçalarına olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətindən yayınmır.

“Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir





















Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmış, aparılmış əsaslı islahatlar öz bəhrələrini vermişdir. H.Əliyev Fondunun böyük dəstəyi ilə yeni məktəbəqədər təhsil binalarının tikintisi geniş vüsət almış, müasir standartlara cavab verən təhsil kompleksləri istifadəyə verilmişdir. Aparılan islahatlar nəticəsində məktəbəqədər təhsilin keyfiyyəti yüksəlmiş, müasir dünya görüşlü, hərtərəfli biliyə malik yeni nəsil formalaşmışdır. Bütün bunlar dövlət başçısı cənab İ. Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

O vaxt Heydər Əliyev Fondu “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsinə start verdi. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq. Bu layihə çərçivəsində ölkəmizdə 32 uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edildi. Bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilmişdir. O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artmışdır. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir.

Məktəbəqədər yaş dövrü uşağın həm fi­ziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsin­də inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə diqqəti cəlb edir. 3-6 yaşlı uşağın boyunun, çəkisi­nin artmasında nəzərə çarpacaq dəyişiklik baş ve­rir. Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da onun əl və ayaq əzələlərində hələ sümüklənməmiş qığırdaq­lar qalır. Uşağın skeleti əsasən qığırdaq toxuma­lardan ibarət olur. Ona görə də lazımi tələblərə əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir.

“Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir
























“Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir. Uşaq bağçalarında cəmiyyət və ölkə üçün yararlı vətəndaş kimi böyüdülən uşaqlar isə orta təhsillərini də müvəffəqiyyətlə başa vuraraq dövlətimizin gələcək inkişafında yaxından iştirak edəcəklər. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara ilkin biliklərin dərindən öyrədilməsi, onların məktəbə hazır­lanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır”.

“Uşaq bağçalarının yaradılması, onların fəaliyyətinin təmin olunması məktəbəqədər təhsilin düzgün təşkili ilə yanaşı, həm də ailələrə dəstəkdir. Valideynləri işləyən uşaqlar, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan ailələrdə böyüyən uşaqlar bağçada təlim-tərbiyə alır, onların məktəbəqədər tərbiyəsi düzgün təşkil olunur. Bu mənada bağçaların yaradılması və fəaliyyətinin təmin edilməsi həm də işləyən və xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı kimi mühüm əhəmiyyət daşıyır”.


“Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir
“Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir

Oxşar xəbərlər