Təhsil Azərbaycanın davamlı inkişafı strategiyasının ən öncül istiqamətlərindən biridir

Təhsil Azərbaycanın davamlı inkişafı strategiyasının ən öncül istiqamətlərindən biridir Məlumdur ki, milli yüksəlişin təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu sahəyə xüsusi diqqətin yetirilməsi göstərir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Bunun üçün də təhsil sistemində köklü islahatlar aparılması dövlətin ali məqsədinə çevrilib. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasəti bu həqiqəti bir daha sübut edir. Ulu öndər bu sahəyə xüsusi həssaslıqla yanaşaraq daim qayğı və diqqət göstərib. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayıb: "Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Bugün ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdə təhsilin inkişafı ön sıralardadır. Bu sahədə həyata keçirilən islahatlar Azərbaycan təhsilini daha yüksək səviyyələrə qədər yüksəlməsinə zəmin yaradıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın da bu istiqamətdə əvəssiz xidmətləri var. Biz bütün bunları paytaxdan savayı region məktəblərinin timsalında da görürük. Bu yaxınlarda Füzuli Rayonunda olduq. Rayonda həyata keçirilən uğurlu işlərlə tanış olduq. Bütün bunların fonunda onu qeyd edək ki, Füzuli rayonu sürətlə inkişaf edir. Həyata keçirilən uğurlu işlər sayəsində rayonun siması dəyişilib. Yeni-yeni yollar salınır, binalar tikilir, iş yerləri açılır, bir sözlə rayon abadlaşır. Bu möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının düzgün kadr siyasətinin nəticəsidir, nəinki Füzulimiz Azərbaycanın bütün rayonları bax belə sürətlə inkişaf edir.

Bu gün dövlətimiz, onun rəhbəri, hörmətli Prezidentimiz məhz təhsilin inkişafına heç nəyi əsirgəmir. Biz müstəqil Azərbaycanımızın gələcəyinin təməlini bu gün yaratmalıyıq. Bu təməl nə qədər möhkəm olacaqsa, gələcəyimiz də bir o qədər nurlu, işıqlı olacaq. Burada isə ən əsas vəzifə milli təhsilin üzərinə düşür.

Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədova ilə söhbətimizdə cənab prezidentin, Mehriban xanımın, Təhsil Naziri Mikayıl Cabbarovun təhsilə qayğılarından ürək dolusu bəhs elədi. Bizdə Ramella xanım Məmmədova və Füzuli Rayon Təhsil şöbəsinin yeni uğurlar arzulayırıq.

Bu yazını hörmətli Prezidentimizin aşağıdakı sözləri ilə bitirmək istəyirik: "Təhsil Azərbaycanın davamlı inkişafı strategiyasının ən öncül istiqamətlərindən biridir".

Oxşar xəbərlər