
Ümummilli lider, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və daha da inkişaf etdirilməsini mühüm fəaliyyət proqramı kimi əldə tutan Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi öz gündəlik işində əsas etibarilə əhaliyə mədəni xidmət göstərilməsini, uşaq və yeniyetmələrdə estetik dünyagörüşünün formalaşmasını, istedadlı gənclərin üzə çıxarılmasını, əhalinin bütün təbəqələrinin istirahətinin səmərəli təşkil edilməsini, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsini, dövlət mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, oxuculara xidmət göstərilməsini, tabeliyində olduğu mədəni-maarif, teatr-konsert təşkilatları tərəfindən müasir tələblərə cavab verən və əhalinin zövqünü oxşayan yeni-yeni rəngarəng proqramların hazırlanmasını, mədəniyyət evlərində özfəaliyyətin daha da inkişaf etdirilməsini və s. həyata keçirir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərilmiş, mədəniyyət və turizm işçilərinin əmək haqları artırılmış, mədəni-sosial, maddi-texniki bazanın tamamilə yenidən qurulması prosesinə start verilmiş, teatr, kino, kitabxana işi, abidələrinin qorunması sahələrində dövlət başçısının fərmanları, sərəncamları verilmiş, Dövlət proqramları işləməyə başlamışdır. Turizm inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Sonda isə Sənan müəllim vurğuladı ki, ölkəmizin qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradan “Bölgələrdən paytaxta” layihəsi 2016-cı ildə də davam etdirilir.