“Qəbələ” Avroliqada növbəti mərhələyə yüksəldi

“Qəbələ” Avroliqada növbəti mərhələyə yüksəldi Bu mərhələdə komandamızın rəqibi Fransanın “Lill” klubu olacaq

Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Paytaxtın “Bakcell Arena” stadionunda “Qəbələ” klubu Macarıstanın MTK komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

Matçda hesabı 7-ci dəqiqədə Sergey Zenyov açıb. Qarşılaşmanın 37-ci dəqiqəsində Teo Uiks “Qəbələ”nin üstünlüyün iki topa çatdırıb.

Xatırladaq ki, bu komandalar arasında Macarıstanda keçirilən ilk oyunda Roman Qriqorçukun yetirmələri 2:1 hesabı ilə qələbə qazanmışdılar.

İki oyunun nəticəsinə görə (4:1) “Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə əldə edib.

Bu mərhələdə komandamızın rəqibi Fransanın “Lill” klubu olacaq.

Oxşar xəbərlər