Almaniya və Polşa milliləri növbəti mərhələdə

Almaniya və Polşa milliləri növbəti mərhələdə Ukrayna yığması turnirdə bir qol belə vura bilməyib

Fransada keçirilən futbol üzrə Avropa çempionatında “C” qrupunun üçüncü turunun oyunları keçirilib.

Marselin “Velodrom” stadionunda Polşa yığması Ukraynanı minimal hesabla məğlub edib. Matçda yeganə qolu 54-cü dəqiqədə Yakub Blaşikovski vurub.

Paralel keçirilən oyunda Almaniya yığması eyni hesabla Şimali İrlandiya komandasına qalib gəlib. Son dünya çempionlarının heyətində 30-cu dəqiqədə Mario Qomez fərqlənib.

Bu nəticələrdən sonra, Almaniya komandası 7 xalla qrup lideri kimi 1/8 final mərhələsinə adlayıb. Polşa millisinin də hesabında 7 xal olmasına baxmayaraq, Adam Navalkanın yetirmələri almanlardan top fərqinə görə geri qalıblar və ikinci pillədən play-off mərhələsinə vəsiqə qazanıblar.

Hesabında 3 xal olan Şimali İrlandiya yığmasının növbəti mərhələyə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.

Avropa çempionatında bir qol belə vurmayan Ukrayna millisi turnir ilə vidalaşıb.

Oxşar xəbərlər