Leonid Slutskinin başçılıq etdiyi Rusiya komandası turnirdə mübarizəni dayandırdı
Fransada keçirilən futbol üzrə Avropa çempionatında III turun növbəti oyunları keçirilib.
Tuluzanın “Munisipal” stadionunda Uels yığması Rusiya komandası ilə qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb.
11-ci dəqiqədə Aaron Remsi Britaniya təmsilçilərini hesabda irəli çıxarıb. Doqquz dəqiqə sonra Nil Taylor komandasının üstünlüyünü iki topa çatdırıb. Matçda son nöqtəni 67-ci dəqiqədə Qaret Beyl qoyub.
Paralel keçirilən oyunda İngiltərə və Slovakiya komandaları qolsuz bərabərliklə ayrılıblar.
Bu nəticələrdən sonra, “B” qrupunda ilk yeri altı xalla Uels millisi tutub. Beş xal toplayan İngiltərə komandası ikinci pillədən 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Slovakiyanın play-off mərhələsinə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq. Xatırladaq ki, Avro-2016-da ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazanacaq.
Leonid Slutskinin yetirmələri isə 1 xalla qrupda sonuncu yerdə qərarlaşıb.