“Qəbələ” qələbə ilə qayıdır - VİDEO

“Qəbələ” qələbə ilə qayıdır - VİDEO Matç 2:1 hesabı ilə yekunlaşıb

Azərbaycanın “Qəbələ” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə Macarıstanın “MTK Budapeşt” komandasının qonağı olub.

Dyer şəhərinin “Dyirmot” stadionunda keçirilən matç Roman Qriqorçukun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yerli komandanın hücumları ilə başlayan matçın 15-ci dəqiqəsində “Qəbələ”nin qapıçısı Dimitri Bezotosnıy rəqibin penalti zərbəsini dəf edib. Bunun əvəzində qarşılaşmanın 25-ci dəqiqəsində Nika Kvekveskiri macarları məyus edib.

İkinci hissədə də təmsilçimiz rəqib qapısına yol tapıb – 63-cü dəqiqədə Filip Ozobiçin qapının sağ küncünə zərbəsi dəqiq alınıb.

Yeddi dəqiqə sonra hesab arasındakı fərq minimuma enib – 1:2. “MTK Budapeşt”in heyətində Torgelle fərqlənib.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra, iyulun 21-də Bakıda keçiriləcək.


Oxşar xəbərlər