Avropa Liqasının finalçıları müəyyənləşdi

Avropa Liqasının finalçıları müəyyənləşdi Həlledici qarşılaşma mayın 18-də keçiriləcək

Avropa Liqasının 2015/2016 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

“Sevilya” öz meydanında “Şaxtyor”a 3:1 hesabı ilə qalib gəlib, “Liverpul” isə doğma Enfilddə” “Vilyarreal”ı darmadağın edib — 3:0.

Beləliklə, iki oyunun nəticəsinə görə “Liverpul” və “Sevilya” turnirin final mərhələsinə vəsiqə qazanıblar.

Avropa Liqasının final qarşılaşması mayın 18-də “Sankt-Yakob Park” (Bazel, İsveçrə) stadionunda keçiriləcək.

Oxşar xəbərlər