İŞİD terror təşkilatı artıq Suriyada sıxışdırıldığından Azərbaycan, Kipr və Gürcüstan üzərindən Avropaya üz tutması barədə Türkiyə mətbuatında məqalə yer alıb
Məqalədə qeyd olunur ki, İŞİD-in son zamanlar Azərbaycan və ümumiyyətlə Şimali Qafqazdan olan yaraqlılarına Türkiyə və Azərbaycanda fəaliyyət göstərmək üçün tapşırıq verildiyi ortaya çıxıb. Həmçinin Atatürk Hava limanında baş vermiş terror aktından sonra İŞİD-in yeni partlayışlar hazırlaması ilə bağlı vacib bilgilərin əldə edildiyi vurğulanır. Əlavə edilir ki, Suriyada koalisiya güclərinin apardığı əməliyyatlar üzündən fəaliyyəti zəifləyən İŞİD həm Avropa ölkələrini, həm də Türkiyəni hədəfə alacaq. Türkiyə kəşfiyyatçılarının xarici həmkarları ilə ortaq fəaliyyəti nəticəsində İŞİD-in son dönəmdə Avropa və Türkiyəyə "intiharçılar" göndərdiyi bəlli olub. Buna görə də yeni adamlardan ibarət 20-25 nəfərlik bir qrup yaradılıb. Türkiyə polisi terrorçulardan ibarət yeni qrup barədə məlumatları bütün bölgələrə göndərib.
Bu məlumatların dərc edildiyi türk saytlarında önəmli bir hissə də Azərbaycanla bağlıdır. "Azəri İŞİD-lilər" kimi təqdim edilən hissədə isə diqqət çəkən məqamlar var. Saytın verdiyi məlumata görə, Türkiyə polisi bütün əməkdaşlarını azərbaycanlı və Şimali Qafqazdan olan terrorçularla bağlı diqqətli olmağa çağırıb. Məlumata görə, polisin bölgələrə göndərdiyi xəbərdarlıq məktubunda qeyd olunub ki, sözü gedən terrorçuların Azərbaycanda hazırladıqları aksiyalar əsasən polislərə və onların ailə üzvlərinə qarşı yönələcək.
Qeyd edək ki, Türkiyənin Daxili İşlər Nazirliyi axtarışa verilmiş İŞİD üzvlərinin siyahısını yeniləyib. Türkiyə mətbuatının yazdığına görə, yenilənmiş siyahıda ümumilikdə 48 İŞİD üzvünün anketi var. Axtarılan şəxslər arasında əcnəbi ölkə vətəndaşları, eləcə də Azərbaycan vətəndaşı olan Ülkər Məmmədova da var.
Bildirilir ki, axtarışda olan İŞİD üzvləri arasında İŞİD-in Türkiyə üzrə əmiri Mustafa Mol, keçmiş əmir İlhami Balı, Dəniz Böyükçələbi, Mustafa Dokumacı və 8 qadın da var. Siyahıdakı terrorçuların zərərsizləşdirilməsi üçün ümumilikdə 51 milyon lirə mükafat təyin edilib.
Zahid Oruc: "Azərbaycan beynəlxalq terror şəbəkələrinin hələlik hədəfində deyil"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Bizimyol.info saytına açıqlamasında deyir ki, İŞİD üzərindən terrorun ixracı genişlənməkdə davam etsə də, Azərbaycanda bu cür aktlar keçirməyi planlaması gözlənilən deyil.
"Etiraf etmək lazımdır ki, İŞİD üzərindən terrorun ixracı davam edir və bunun başlıca səbəbləri barədə çoxlu axtarışlar olacaq. Amma ən başlıca məsələ geopolitik və ya geoiqtisadi nüfuz davasının terror vasitəsilə davam etdirilməsidir. Əslində, 2001-ci ildə məlum 11 sentyabr hadisələri dövründə hamı Amerikanın hansı formada hərəkət edəcəyini gözləyirdi. Ya bir tərəfdən terror özünün boloji, siyasi, milli, etnik, dini rənginə, qaldırdığı bayrağın simvolikasına baxmayaraq pislənməli idi və beynəlxalq koalisiyalar tərəfindən onun harada kökü var idisə mübarizə aparılmalı idi. Ya da terror iqtisadi-siyasi müharibələrin davamına çevrilməli idi. Çox təəssüf ki, ikinci yol seçildi və bu da öz nəticələrini göstərməkdədir. Hazırda bir tərəfdən İŞİD əleyhinə koalisiyalar qurulur, onu məhv etmıək üçün hərbi əməliyyatlar keçirilir, hətta bir çox hallarda quru əməliyyatlarında xarici dairələrin də açıq rolunu görürük. Amma reallıqda onların sıraları genişlənməkdədir. Gördüyünüz kimi, İŞİD gah Belçikada, gah Fransada, hətta Avstraliya qitəsində terror aktları törədə bilir. Azərbaycandan da bu qruplaşmalara qoşulmağa getməyə can atan, orduya çevrilən və gələcəkdə istənilən ölkədə terror hadisələrinin törədilməsinə gətirib çıxaran qüvvələr çıxmaqdadır. Onların gələcəkdə hansısa ölkədə terror törətməsi Azərbaycan vətəndaşı olmasına baxmayaraq, bizim ölkəmiz adına antikampaniyaya səbəb ola bilməz. Hüquq-mühafizə orqanlarının terrorçulara qarşı aktlar həyata keçirəcəyini gözləmirəm. Azərbaycan beynəlxalq terror şəbəkələrinin hələlik bu cəhətdən hədəfində deyil.Bu bizim üstünlüyümüzdür. Bu gün Türkiyənin özündə, digər ölkələrdə həyata keçirilən məlum daxili savaşlar və az qala müharibənin bir cəbhə zonasına çevrilməsi fonunda Azərbaycan hələ ki, özünün sabitliyini və təhlükəsizliyini qorumaqdadır. Amma yekun olaraq hesab edirəm ki, dünyada terroru genişləndirən əsas güc mərkəzlərinin arasında gedən savaşdır və bu vasitəylə daha yaxşı yayıla bilir. Təəssüf ki, bundan təkcə kiçik dövlətlər deyil, digər böyük dövlətlər də ziyan çəkməkdədir. Sabah əl-Bağdadinin meyitini nümayiş etdirsələr də, sizi əmin edirəm ki, İŞİD epidemiyası, virusu qafalarda təmizlənməyəcək, yayılacaq, genişlənəcək. Bir xilafət davası uğrunda mübarizə, digər başqa savaşlarla əvəzlənəcək və sanki insanlıq həmişə terror riskləri qarşısında qalmaqda davam edəcək" - deyə Z.Oruc bildirir.
İlham İsmayıl: "Sayıqlığı artırmaq lazımdır"
Təhlükəsizlik və Araşdırma Mərkəzinin rəhbəri, xüsusi-xidmət orqanının keçmiş əməkdaşı İlham İsmayıl isə türk mətbuatında yazılanları mümkün sayır: "Bu, İŞİD-in hədəfidir. Onlar müxtəlif ölkələri, o cümlədən Azərbaycanı zaman-zaman hədəf götürürlər".
Onun qənaətincə, türk mətbuatının yazdıqlarına, xüsusən də polislərlə bağlı xəbərdarlığa ciddi yanaşmaq, sayıqlığı artırmaq lazımdır. Amma İ.İsmayıl Azərbaycan xüsusi-xidmət orqanlarının bu işin öhdəsindən yetərincə gələcəklərinə şübhəylə yanaşır:
"Bizim xüsusi-xidmət orqanları daxildə əməliyyat şəraitinə nəzarət edirlər, amma xaric məsələsi bizim bəlalı yerimizdir, xaricdən informasiya almaq imkanlarımız yoxdur. Ən çox qonşu dövlətlərlə, xüsusən də İsraillə informasiya mübadiləsi edilməlidir. Son zamanlar kataklizmlər yaşayan Azərbaycanın xüsusi-xidmət orqanlarının birdən-birə bütün vəzifələrinin öhdəsindən gələcəyinə inanmıram. Düzdür, radikal dindarlar arasındakı vəziyyətə yaxşı-pis nəzarət edilir, ancaq nə dərəcədə yüksək şəkildə nəzarət edə bilinir, bunu bilmirəm".
İŞİD-çilərin Azərbaycandan keçərək Avropaya keçməsinə gəlincə, İlham İsmayıl bir məqama diqqət çəkir: "Avropada terror törədənlər elə Avropadan çıxanlardır. Nümunə Parisdə, Belçikada törədilənlərdir, bu hadisələri edənlər Fransa, Belçika vətəndaşları idi. İŞİD Avropaya terrorçunu Azərbaycan üzərindən göndərməz. Ona lazım olsa, Şimali Qafqazda hazır nümayəndələr var, elə birbaşa Rusiyanın ərazisindən göndərər. Azərbaycana,ya da Gürcüstana girmək və oradan Avropaya getmək daha çətindir, asan yolu qoyub bu marşrutu seçmələri inandırıcı görünmür".
Elman Məmmədov: "Hüquq-mühafizə orqanları üzərlərinə düşəni edirlər"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə hesab edir ki, Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin təhlükəsizliyini qorumaqdan ötrü ən yüksək səviyyədə hazırlığa malikdirlər.
O, İŞİD və ya başqa ekstremist qruplaşmanın Azərbaycan üzərindən Türkiyəyə, yaxud Avropaya getməsi haqda türk mətbuatının yazdıqlarını rədd edir. "Azərbaycan sərhədləri kifayət qədər yüksək səviyyədə qorunur. Heç kim elə murdar hərəkətlərini həyata keçirmək üçün Azərbaycandan istifadə edə bilməz" - deyə deputat "Azadlıq"radiosuna bildirib. Bununla belə, deputat terror təhlükəsindən heç kimin sığortalanmadığını bildirir və bundan qorunmağın bircə yolu olduğunu söyləyir: "Ayıq-sayıq olmaq. Hüquq-mühafizə orqanları da üzərlərinə düşəni edirlər".
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə bildirib ki, yayılan məlumatla bağlı ciddi araşdırmalar aparılır və ictimaiyyətə geniş məlumat veriləcək.