İŞİD terror təşkilatının təqribən 20 üzvü İstanbul hava limanında törədilən terror aktı ilə əlaqədar həbsdədir
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters”ə bildirib.
İyunun 28-də İstanbulun “Atatürk” Hava Limanının beynəlxalq terminalında üç partlayış baş verib. Terror aktı nəticəsində 19-u əcnəbi olmaqla 44 nəfər həyatını itirib, 239 nəfər yaralanıb.
“Əldə edilən son məlumatlar bunun arxasında İŞİD-in durduğunu göstərir”, — deyə Ərdoğan qeyd edib.