“Stadionlar, fan-zonalar və Avropa çempionatına aid olmayan digər meydançalar terrorçuların potensial hədəfləridir”
ABŞ Dövlət Departamenti terror təhlükəsi ilə əlaqədar ölkə vətəndaşlarına Avropaya, o cümlədən Fransada keçirilən futbol üzrə Avropa çempionatına səfər etməməyi tövsiyyə edib.
Bu barədə mayın 31-də qurumun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
“Stadionlar, fan-zonalar və Avropa çempionatına aid olmayan digər meydançalar terrorçuların potensial hədəfləridir”, - məlumatda bildirilir.
Qeyd olunur ki, terrorçular mənfur əməllərinə məhz turistləri hədəf seçə bilər.
Xatırladaq ki, KİV-lər bundan əvvəl İŞİD terrorçularının “Avro-2016” çərçivəsində keçiriləcək İngiltərə-Rusiya matçı ərəfəsində terror aktları törətməyi planlaşdırdığını bildiriblər.