Uzun illərdi Azərbaycanda futbolun inkişafına dövlət və iş adamları tərəfindən yüzmilyonlarla manat pullar ayrılır. Düzdü, bu vəsaitin böyük hissəsi ayrı-ayrı şəxslər tərəfindən mənimsənilir, təyinatı üzrə xərclənmir. Amma müəyyən işlər də görülür
Bakıda və ayrı-ayrı rayonlarda stadionlar, idman bazaları tikilir. Təəssüf ki, milyonların sərf olunduğu bu stadion və bazalar qorunmur, baxımsızlıqdan batıb-gedir. Belə stadionlardan biri də Şəki şəhərində yerləşir.
Bu sosial mediada paylaşılmış fotolar insanı sadəcə dəhşətə salır. Qaynarinfo.az xəbər verir ki, idmançıların məşq etməsi, futbol oynaması, əhalinin yararlanmsı üçün tikilən Şəki şəhər stadionunda indi qoyunlar otlayır. Baxımsızlıqdan xarabalığa çevirilmiş stadion bu gün qoyunlar üçün örüş sahəsinə çevirilib. Təəssüf ki, rayon rəhbərliyi, aidiyyatı qurumlar bunu görməməzlikdən gəlir.
Qeyd edək ki, 2007-ci ildə rəsmi dövlət agentliyi AzərTAc Şəki şəhər stadionun yenidən qurulması ilə bağlı xəbər dərc edib. Həmin xəbərdə bildirilir ki, stadionun müasir standartlara uyğun yenidən qurulmasına başlanacaq. Həminvaxt Şəhər icra hakimiyyətindən bildirilmişdi ki, stadionun yenidən qurulması dövlət vəsaiti hesabına həyata keçiriləcək. Həmin ildə görüləcək işlər üçün büdcədən 200 min manat vəsait ayrılacaq. Yenidənqurma işlərinin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdu.
Yeri gəmişkən, həmin xəbərdə bildirilir ki, stadionda 3 min 500 yerlik örtülü tribunalar quraşdırılacaq, təbii və süni ot örtüklü meydançalar salınacaq, müxtəlif təyinatlı idman qurğularından ibarət qapalı idman zalı, xidməti otaqlar və sair inşa ediləcək. Amma təqdim etdiyimiz şəkillərdə bunların heç birini görmürük. Stadionun nə 3 mi 500 nəfərlik üstüörtülü tribunası, nə qapalı idman zalı, nə də nəzərdə tutulmuş digər qurğuları var. Deməli, bütün sahələrdə olduğu kimi burda da dövlətin ayırdığı pullar kimlərinsə cibinə axıb.