Azərbaycanın müstəqilliyi, yeni sosial, iqtisadi və siyasi şərait, Azərbaycanın Avropa Şurasına daxil olması və onun beynəlxalq əlaqələrinin genişlənməsi başqa sahələrdə olduğu kimi, statistika elminin, statistik məlumatların keyfiyyətinin yüksəldilməsinə, ölkədə uzunmüddətli statistik sıraların yaradılmasına, bununla da son yüzillikdə ölkənin statistika tarixinə və tarixi statistik külliyyatların yaradılmasına tələbat yaratmışdır.
Azərbaycan SSR MSİ haqqında yeni əsasnamə, habelə respublika hökumətinin sonrakı qərarları dövlət statistika orqanları qarşısında xalq təsərrüfatının bütün sahələrində uçot və hesabatın təşkili, hesabat məlumatlarının düzgünlüyünün təmin edilməsi, hesabatların daha geniş mexanikləşdirilməsi və mərkəzləşdirilməsi əsasında onun təqdim olunma vaxtının ixtisara salınması üzrə daha ciddi vəzifələr qoymuşdu. Bununla yanaşı, hesabat məlumatlarının iqtisadi təhlilinin daha da gücləndirilməsinə, respublika və xalq təsərrüfatı sahələri üzrə dövlət planlarının yerinə yetirilməsi haqqında geniş məruzələrin respublika rəhbəredici orqanlarına təqdim edilməsinə tələbat yüksəlmişdi. Bu, MSİ aparatının köklü surətdə yenidən qurulmasına, yeni sərbəst şöbələrin yaradılmasına imkan vermişdir.
Statistikanın hüquqi cəhətdən müdafiə olunmasının gücləndirilməsi, dövlət statistika orqanlarının qanunvericilik statusunun daha da dəqiqləşdirilməsi yeni şəraitdə prinsipial əhəmiyyət kəsb edir. Burada, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, uçot və hesabat sahəsində bütün müəssisə və təşkilatların öz vəzifələrini düzgün başa düşmələri də böyük əhəmiyyət kəsb edir. Statistikaya qarşı mədəni münasibət hər hansı bir qanunun qəbul edilməsi ilə deyil, cəmiyyət üzvlərinin özlərinin onu dərindən dərk etməsi ilə yarana bilər. Statistika fəaliyyətinin beynəlxalq səviyyəyə tam çatdırılması və bu əsasda ölkədə statistika xidmətinin nüfuzunun qaldırılması üçün məqsədyönlü və gərgin iş aparmaq lazımdır.
Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar olaraq, statistikanın qarşısında kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur və bu tədbirlər “2008-2016-cı illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” Dövlət Proqramı ilə müəyyənləşdirilmişdir. Dövlət Proqramına uyğun olaraq, 2016-cı ilin sonunadək iqtisadi sahələr üzrə makroiqtisadi göstəricilərin və onların hesablanması metodologiyasının, beynəlxalq statistika standartlarının tələblərinə əsasən statistik müşahidələrin və göstəricilərin metodologiya və proqramlarının təkmilləşdirilməsinə, iqtisadi-statistik standart təsnifatlar sisteminin inkişaf etdirilməsi və beynəlxalq səviyyədə qəbul edilmiş təsnifatlara uyğun milli statistika təsnifatlarının hazırlanması və ölkə praktikasında tətbiqinə, statistik müşahidələrin müasir metodlarının tətbiqi əsasında respondentlərə düşən məlumat yükünün minimuma endirilməsinə, dövlət hakimiyyəti orqanlarının hazırladığı statistik informasiya resurslarının inteqrasiya və uyğunlaşdırılmasına, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əsasında rəsmi statistika orqanlarında statistik informasiyaların toplanması, işlənməsi, saxlanması və yayılması sisteminin yeniləşdirilməsinə, statistik informasiyanın istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafına, beynəlxalq əməkdaşlığın təşkili və genişləndirilməsinə və yerli statistika orqanlarının iş şəraitlərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetiriləcəkdir. Bu işlər yerinə yetirilərkən ölkədə aparılan iqtisadi islahatlar haqqında beynəlxalq standartlara cavab verən statistik məlumatların keyfiyyətinin daha da yaxşılaşdırılmasına xüsusi fikir veriləcəkdir.
Prezidentin 1998-ci il 20 avqust tarixli Fərmanı ilə "1998-2002-ci illərdə dövlət statistika sistemində islahatların aparılmasına dair Dövlət Proqram"ı və 2003-cü il 20 fevral tarixli Fərmanı ilə "2003-2007-ci illərdə Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqram"ı qəbul edilmişdir.
"2003-2007-ci illərdə Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsinə dair" Dövlət Proqramında ölkə statistikasında islahatların başa çatdırılması, son illərdə əldə olunmuş nəticələr nəzərə alınmaqla, onun beynəlxalq statistik standartlara tam uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Hazırda Dövlət Statistika Komitəsi sisteminin strukturu mərkəzi aparatdan, Naxçıvan MR Dövlət Statistika Komitəsindən, Bakı şəhər statistika idarəsindən, 81 rayon (şəhər) statistika idarələrindən (şöbəsindən), Baş Hesablama Mərkəzindən, Statistik məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzindən ibarətdir.

Salyan rayon Statistika idarəsinin müdiri Nicat Əsgərov