Xəbər verildiyi kimi Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölməsi xəbəri geniş səs-küyə səbəb olub. Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır. Məlumata görə, hadisəyə səbəb xəstəxanada olan generatorların işlək vəziyyətdə olmaması olub.
“Səhiyyə Nazirliyi” və “Azərişıq” məsuliyyətdən yayınırlar
Hadisə ilə bağlı xəbərin KİV-də yayımlanmasından sonra sosial şəbəkələrdə də geniş müzakirələr başlayıb. Məsələ ilə bağlı “Azərişıq” açıqlama verib. Qurumdan bildirilib ki, Salyan rayonundakı yarımstansiya “Azərenerji”nin balansındadır: ““Azərenerji” bizə yarımstansiyada yenidənqurma aparılacağı ilə bağlı müraciət edib. Biz də bu barədə rayonun bütün dövlət qurumlarına yazı göndərimişik və bildirmişik ki, 21 iyun saat 00:00-dan, saat 03-ədək rayonda elektrik enerjisinin verilməsinə fasilə olacaq”.
Səhiyyə Nazirliyi isə 2 körpənin ölümünə səbəbin uşaqların çəkisinin az olması ilə əlaqələndirib: “31 həftəlik hamiləlikdən üçəm doğulub. Uşaqların çəkisi çox balaca olub. Onlara intensiv yardım göstərilib. Tibbi personalın bütün yardımlarına baxmayaraq uşaqlardan biri 1:00 da, digəri isə 1:10-da tələf olub”.
2008-ci ildə təmir edilən Salyan Rayon Mərkəzi Xəstəxanası və işləməyən generator
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-cü illər)” çərçivəsində bir sıra xəstəxanaların yüksək səviyyədə təmir olunması ilə bağlı göstərişindən sonra Salyan Rayon Mərkəzi Xəstəxanası 2008-ci ildə təmir edilib.
Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında apardığımız araşdırmalarımızın nəticəsində, sözügedən xəstəxananın hansı podratçı şirkət tərəfindən təmir edilməsi, dövlət tərəfindən xəstəxanın tikintisi zamanı elan olunan tender elanı ilə bağlı və ayrılan dövlət vəsaiti ilə bağlı heç bir məlumat əldə edə bilmədik.
Ancaq 2008-ci ildə dərc olunan xəbərlərdə ölkə başçısının SDMX-nin inşası üçün birbaşa nazir Oktay Şirəliyevə tapşırıq veribmiş.
Generatoru işləməyən xəstəxanaya 2013-2016-ci illərdə ayrılan milyonlar
Sözügedən xəstəxanın təmir-tikintisinin hansı şirkət tərəfindən inşa edilməsi ilə bağlı məlumatlı olmasa da, Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında 2013-2016-cı illər arasında Salyan rayon Mərkəzi xəstəxanasının ümumi avadanlıqlarının yenilənməsi ilə bağlı dövlət tərəfindən milyonlar ayrıldığı qeyd olnub.
Təkcə 2012-ci ildə xəstəxana ilə bağlı “Digər maşın və avadanlıqların satın alınması” elanı üzrə qalib şirkətə 141992.11 manat, “Cari təmir işlərinin satın alınması” elanı üzrə qalib şirkətə 1276 manat, “Avadanlıqların satın alınması” elanı üzrə qalib şirkətə 90595 manat ayrılıb. 2012-ci ildə nazirlik xəstəxana ilə bağlı 12 tenderin qalibinə ümumilikdə 1 milyondan çox dövlət büdcəsindən pul ayırıb.
2013-cü ildə isə SRMX ilə bağlı 14 tender elan olunub və bu elanların qaliblərinə dövlət büdcəsindən milyonlar ayrılıb. Bu ildə “Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmir işlərinin satın alınması” elanı üzrə 115540 manat dövlət vəsaiti xərclənib.
2014-cü ildə nazirliyin elanı ilə xəstəxana ilə bağlı 17 tender elan olunub. Nazirlik sözügedən il cari təmir işlərinin satın alınması üzrə 40000,86 manat pul ödəyib. 2015-ci il ildə isə Salyan rayon Mərkəzi xəstəxanası ilə bağlı 11 tender keçirilib. Bu ildə də xəstəxananın texniki bazasının yaxşılaşdırılması istiqmamətində bir neçə şirkətə ayrı-ayrılıqda yüzmin manatdan çox vəsait ayrılıb.
Bu il isə xəstəxana ilə bağlı Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında 3 tender keçirildiyi qeyd edilib. Nazirlik xəstəxana ilə bağlı “Səhiyyə müəssisələrinin əsaslı təmiri, tələb olunan inventarların və avadanlıqların satın alınması” istiqamətində yeni tender elanı da verib.
Araşdırmalarımız nəticəsində nazirliyin hər il keçirdiyi tenderlərdə spesifik sahələrlə bağlı eyni şirkətlərlə işlədiyi daha çox diqqətimizi çəkdi. Belə ki, təkcə bu xəstəxana ilə bağlı dövlət büdcəsi 3 il ərzində fərqli şirkətlərə deyil, eyni şirkətlərə milyonlar verilib.
Maraqlı olan bir digər məqam isə bu qədər vəsaitin ayrıldığı xəstəxananın generatorunun işləməsinin səbəbidir. Görünür, tenderlerin icrası zamanı çoxlu sayda qayda pozuntuları və nəzarətsizlik olub. Bunun nəticəsini isə 2 yeni dünyaya gələn körpə öz həyatları ilə ödədi.