“Güzəşt edəcəyik”
Bakı Olimpiya Stadionunda keçiriləcək toylardan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək.
Bunu ANS Press-ə açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Qənirə Mehdiyeva deyib.
Onun sözlərinə görə, stadiondan qazanılan pullar elə onun özünün təmir, yenidənbərpa və s. işlərinə xərcləndiyi kimi, toylardan gələn gəlirlərdən də eyni məqsədlər üçün istifadə olunacaq.
O ki qaldı Bakı Olimpiya Stadionunun toy üçün icarə haqqına, qurum rəsmisi bunu insanların büdcəsinə uyğun olaraq hesablanacağını deyib:
“Biz stadionda toy keçirmirik. Biz sadəcə stadionu icarəyə veririk ki, toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər özləri təşkilatçılarla danışaraq bunu həyata keçirsinlər. İcarə pulu isə fərdidir. Hər mərasimin öz büdcəsi var. Amma imkanı az olanlara da güzəşt edəcəyik. Çünki bizim əsas məqsədimiz odur ki, bu stadionu ictimai istirahət yerinə çevirək”, - deyə Qənirə Mehdiyeva bildirib.
Mətbuat xidmətinin rəhbəri deyib ki, stadionda hər hansı bir mərasim keçirmək istəyənlər onların təşkilat komandasına müraciət edə, bundan sonra stadiona gələrək ərazi ilə tanış ola bilərlər:
“Toy təkcə oyun meydançasında keçirilən mərasimdən ibarət deyil. Burada bir neçə otaq, zal və s. yerlər var ki, orada da rahat şəkildə istənilən mərasim etmək olar. Bunu isə həmin mərasimi hazırlayacaq şirkət, təşkilat müəyyən edə bilər”.
Bakı Olimpiya Stadionunun mətbuat xidmətindən aldığımız məlumata görə, 3 aydır belə bir təşəbbüs irəli sürülməsinə baxmayaraq hələ ki, adıçəkilən məkanda toy və s. mərasim keçirilməyib, lakin müraciət edənlər var.