Ramiz İsayevin büdcə təşkilatlarıyla oynadığı oyun ona milyonlarla manat qazanc gətirir
Azərbaycanda mövcud Maliyyə İdarələrin əsas gəlir mənbəyi olduğu sirrli məsələ deyil. qanuninfo.az sensasiya.com-a istinadən xəbər verir ki, dövlət xəzinəsini idarə edən bu qurumun başında duranların əsas hədəfləri isə pul qazanmaqdan ibarətdir.
Qeyd edək ki, onlardan biri də Laçın Maliyyə İdarəsidir. Politika.Az xəbər verir ki, idarənin rəisi Ramiz İsayev Laçın rayonunu özünün gəlir mənbəyi bili rvə işlərini də buna uyğun qurur. Məsələn, bu şəxs əksər işləri elə şəkildə qurur ki, nəticədə ayrılmış pullarda şişirdiləmələr ən pik həddə çatır. Elə bu səbəbdəndir ki, rayonda görülən işlərin bir çoxunun üstü bəzən, altı təzək olur. Çünki ayrılmış pulun miqdarı ilə görülən işlərin arasında tərs mütənasiblik elə ilk baxışdan diqqəti çəkir.
Maraqlı məqamlardan biri də odur ki, Laçın Maliyyə İdarəsinin rəisi Ramiz İsayev dəfələrlə Maliyyə Nazirliyi tərəfindən tənbeh olunub, tənqid edilib və töhmət alıb. Bütün bunlar isə onun işdə yol verdiyi nöqsanlarla bağlı olub. Aparılan yoxlamalar zamanı aydınlaşıb ki, İsayev ciddi yeyintilərə yol verib. Amman ə sirri Xudadır ki, onu işdən çıxarmayıblar.
Bəzi məlumatlara görə, Ramiz İsayev vəziyyətdən yığdığı pulların hesabına qurtara bilib. Verilən məlumatlarda deyilir ki, maliyyə idarəsinin rəisi Maliyyə Nazirliyində özünə himayədar tapdığından dolayı durumdan maksimum istifadə edə bilir və cəzadan yaxasını kənarda saxlamağı bacarır.
Onu da bildirək ki, Laçının istisnasız olaraq bütün idarə və təşkilatları onlar üçün ayrılmış dövlət vəsaitlərini yalnız maliyyə idarəsinin rəisi tərəfindən təyin olunmuş məbləğdə rüşvət ödəndikdən sonra almaq imkanı əldə edirlər.
Qeyd olunur ki, 10 ildən çoxdur rayon Maliyyə şöbəsinə rəhbərlik edən Ramiz İsayev rayona ayrılan maliyyə vəsaitlərini amansızcasına talayır. Büdcə təşkilatlarına ayrılan əmək haqlarının hər ay faizi çatmasa, heç bir təşkilat vaxtında əmək haqqı ala bilməz. «50-dən çox ərazi icra nümayəndələri hər ay əmək haqlarının yarısını Ağcabədinin yollarında, yarısını isə Ramiz İsayevin yığımcıl maliyyə şöbəsində qoymalı olurlar. Əks təqdirdə süründürməçiliklə bir neçə gün rayonda onun-bunun qapısında qalmaqla daha artıq pul xərcləməli olurlar. Ona görə də Ramiz İsayevi bəri başdan “görməklə” işlərini asanlaşdırırlar. Laçın rayonuna hər ay yarım milyona qədər vəsait ayrılır. Bu vəsaitin ən azı bircə faizi Ramiz İsayevin dədə-malı kimi şəxsi büdcəsinə gedir. Özünün dediyinə görə, bu pullar onun əziyyətinin bəhrəsidir. Ramiz İsayev hətta Maliyyə nazirinin və icra başçısının da bu məbləğdən xəbərdar olmalarını deməkdən belə çəkinmir”.
Dəqiqləşdirmələrə görə, Ramiz İsayevin xeyli sayda mülkü var. Onlar İsmayıllı rayonundan tutmuş, Bakıya qədər bir çox yerlərdə mövcuddur. Həmin villalardan birinin qiymətinin isə 300 min manatdan baha olduğu deyilir. Bu qədər pulu idarə rəisinin necə əldə etdiyini isə izah etməyə gərək yoxdur.